Kaxa Kaladze Bakıya gələcək

Kaxa Kaladze Bakıya gələcək

Tbilisi şəhərinin meri Kaxa Kaladze bu gün Bakıya rəsmi səfər edəcək.

Sport7.az xəbər verir ki, bu haqda Tbilisi bələdiyyəsinin Mətbuat xidməti məlumat yayıb. Kaladzenin Azərbaycana rəsmi səfəri çərçivəsində Tbilisi və Bakının qardaşlaşması barədə memorandum imzalanacaq.

Bundan əlavə, Kaladzenin iki günlük səfəri zamanı yüksək vəzifəli şəxslərlə görüşü planlaşdırılır.

Kaladzeni müavini İlya Eloşvili müşayiət edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR