"Kəpəz"in yaşayan əfsanəsi Gəncədə klub yaratdı - FOTOLAR, VİDEO

Son vaxtlar Gəncədə futbol demək olarki ən pis günlərini yaşayır. Buna baxmayaraq Gəncədə futbolu ölməyə qoymayan insanlar hələ də var.

"Kəpəz” futbol klubunun yaşayan əfsanələri həftədə 4 dəfə uşaq və yeniyetmələrə bu sənətin sirrlərini öyrədir.
 
Sport7.az xəbər verir ki. karyeralarını bir müddət öncə başa vuraraq məşqçiliyə başlayan və hər yaş qrupundan qapıçılar üçün məşq bölməsi açan Xəyal Zeynalov və Tariyel Hüseynov təcrübələrini həmkarları ilə bölüşür.
 
Gənc mütəxəsisslər yaşıl meydanda keçirilən hazırlıqlarla yanaşı, məşq prosesində müasir texnologiyanın imkanlarından da yararlanır. Bu mənada, 7-17 yaş arası qolkiperlər üçün həftədə bir dəfə monitor vasitəsi ilə təlimlər təşkil olunur. Seminarda 20-dən çox gənc qapıçı iştirak edir.
 
Saytımıza açıqlamasında artıq bir klub olaraq fəaliyyət göstərdiklərini qeyd edən Xəyal Zeynalov bunları dilə gətirdi: "Gördüyümüz iş Azərbaycanda və əsasda qərb bölgəsində bir ilkdir. Biz artıq klub kimi fəaliyyət göstəririk.
Klubumuz "Gənc qapıçılar "klubu adlanir. Klubumuzda bizə ən böyük dəsdəyi AFFA  göstərə bilər  ve bizdə öz növbəmizdə  AFFA-nın baş katibi Elxan Məmmədova bu haqda məktubumuzu yollamışıq və ümid edirik ki, müsbət nəticə əldə edəcəyik. Onu da qeyd etmək istəyirəm ki, cavabın mənfi və ya müsbət olmasından asılı olmayaraq biz öz fəaliyyətimizi davam etdirəcəyik və gənc istedadların üzə çıxmasında əlimidən gələni edəcəyik."

"Gənc Qapıçılar Klubun”nun fəaliyyətindən hazırlanan fotoları və videosujeti təqdim edirik:

]

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR