"Keşlə"də ŞOK qalmaqal - Sultanov qovuldu...

"Keşlə”nin yeni baş məşqçisi Sənan Qurbanov klubda öz qaydalarını tətbiq etməyə başlayıb. Və onun bu hərəkəti yeni qarşıdurmanın təməli olub.
 
Sport7.az xəbər verir ki, klubun məşqçilərin işinə qarışmaqda, heyətin müəyyənləşməsinə müdaxilə etməkdə ad çıxarmış idman direktoru Ceyhun Sultanov ənənəsinə sadiq qalıb. Yunis Hüseynovun vaxtında istədiyini diqtə edən funksioner Qurbanovun işinə də müdaxiləyə cəhd edib. Amma Sənan bəy ilk cəhdindəcə onun ağzının üstündən vurub və oyunlar zamanı paltardəyişmə otağına girməsinə qadağa qoyub. Bu barədə "futbolinfo.az" yazır.
 
"Kəpəz”lə ölkə kubokunun ilk ¼ final matçında, yəni, Qurbanovun debüt oyununda yaşanan bu hadisədən sonra Sultanov Müşahidə Şurasının sədri Zaur Axundova şikayət edib. Lakin sədr məşqçinin işinə qarışmamağı məsləhət görüb. Belədə Sultanovun gileylənəsi adamı qalmayıb və hazırda Qurbanovun uğursuzluğunu göstəyir ki, yenidən hərəkətə keçsin. O, paltardəyişmə otağından qovulmasını bağışlamaq niyyətində deyil.
 
Özünü hamıdan ağıllı sayan, bütün proseslərin içində olmağı sevən Ceyhun bəyin heyətə müdaxilə etməkdə məqsədi var. O, özünün gətirdiyi, transferindən pul qazandığı futbolçuların start heyətində yer almasında maraqlıdı.
 
Hələlik gözləmə mövqeyi tutan idman direktoru komandanın ötən tur "Qəbələ”yə uduzmasından sonra yenə gileylənməyə başlayıb. Bir çox yerlərdə klub rəhbərliyinin, məşqçilərin əleyhinə danışan Ceyhun bəyin istifadə etdiyi sözləri bu cür ümumiləşdirmək olar: "Yunis Hüseynov kimi Sənan Qurbanovu da AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov göndərib. Tapşırıblar ki, işsiz qalanlara şans verilsin. Amma bunlar heç nəyi bacarmır. Yayadək gözləyirəm, Sənan da uğursuz olacaq. Mövsüm bitəndən sonra Axundovla danışacam və yeni çempionat üçün hər şeyə özüm nəzarət edəcəm. Həm məşqçi, həm də futbolçuları özüm gətirəndən sonra əsl komandanın necə olduğunu isbatlayacam”.
 
Xatırladaq ki, Sultanov idman direktoru olsa da, bugünədək onun təyinatı rəsmən açıqlanmayıb. Amma o, fəaliyyətini davam etdirir və "Neftçi”də işlədiyi vaxt baş məşqçiliyə kimi yüksəltdiyi, sonra birgə qovulduqları Füzuli Məmmədovu "Keşlə”yə gətirənə kimi sakitləşməyəcək. Hüseynov istefa verərkən buna cəhd edən, amma AFFA-nın müdaxiləsindən sonra planları suya düşən Ceyhun bəy istədiyini diqtə etdiyi bu adamı Qurbanovun yerinə oturtmaq üçün dəridən-qabıqdan çıxacaq. Ona görə də Sənan bəy "daxili düşmən”lə savaşa-savaşa "Keşlə”yə nəticə qazandırmalıdı.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR