"Keşlə"nin sabiq futbolçusu ölkəsində baş məşqçi təyin olundu

"İnter"in (hazırkı "Keşlə") bolqarıstanlı sabiq futbolçusu Petar Zlatinov ölkəsinin "Vihren" komandasının baş məşqçisi təyin olunub.

Sport7.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bu vəzifədə Zdravko Lazarovu əvəzləyib. Müqavilənin detalları açıqlanmayıb. Bolqarıstanlı mütəxəssis 2017/2018 mövsümündə də həvəskarlar liqasında oynayan komandaya başçılıq edib.

2008 - 2013-cü illərdə "İnter"in formasını geyinmiş Petar Zlatinov bu komanda ilə iki dəfə Azərbaycan Premyer Liqasının qalibi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR