Keyn İspaniya nəhəngi ilə danışıqlar aparır

Keyn İspaniya nəhəngi ilə danışıqlar aparır

İngiltərə millisi və "Tottenhem”in futbolçusu Harri Keynin oynamaq istədiyi komanda bəlli olub.

Sport7.az xəbər verir ki, hücumçu karyerasını "Barselona”da davam etdirməyi arzulayır. 27 yaşlı futbolçunun nümayəndələri artıq klub rəhbərliyi ilə danışıqlara da başlayıb. Lakin hələlik razılıq əldə olunmayıb. İspaniya nəhəngi hələlik Serxio Aquero, Memfis Depay və Lautaro Martinesin transferində maraqlıdır.

Keynin "Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR