Klubunu təhqir edən

Klubunu təhqir edən "Qarabağ"ın sabiq futbolçusunun qalmaqallı VİDEOSU

"Qarabağ"ın sabiq futbolçusu Maqaye Geyenin qalmaqallı videosu yayılıb.

Sport7.az xəbər verir ki, bu haqda "prosport.ro" saytı məlumat yayıb. Hücumçu hazırda çıxış etdiyi Rumıniya klubu "Dinamo"dan məvacibini ala bilməyən Seneqal əsilli fransalı hücumçu hovuzda iki xanımla çəkilmiş görüntülərini paylaşıb.

31 yaşlı forvard ona borcu olan Buxarest təmsilçisini və yanındakı qadınları təhqir edib: "Dinamo" pulumu vermir. Ona görə də mənim bədənim ağrıyır. Bu zənciləri görürsünüz? Maaş almıram, amma qadınlarla əylənirəm".

"Dinamo"da aylıq 25 000 avro qazanan Geyenin məvacib ala bilmədiyi üçün psixologiyasının pozulduğu bildirilir. İddiaya görə, artıq meydana çıxmaq istəməyən futbolçu zədəli olduğunu bəhanə edərək, matçlarda iştirak etmir.

Qeye 2019/2020 mövsümündə "Qarabağ"ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında "Dinamo"ya keçib.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR