"Komanda həddindən artıq yorğundu" - Rəşad Sadıqov

"Qəbələ" ilə matçdan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.

Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Oyun gərgin keçdi. Köklənmişdik, istəyirdik ki, qələbə qazanaq. Qələbə bu gün bizim üçün vacib idi. Amma alınmadı. Oyuna pis başladıq. Buna baxmayaraq ikinci hissədə oyunumuzu düzəltdik. Bəzi qol epizodlarımız oldu. Rəqibin də yaxşı əks-hücumları var idi. Şükürlər olsun ki, ondan istifadə edə bilmədilər. Komanda həddindən artıq yorğundu. Bunu 10-15-ci dəqiqələrdən hiss etmək olurdu. Üst-üstə 4-5 gün oyun keçirirk. Hamımız bilirik ki, futbolçularımız belə sıx qrafiklə oynamağa çətinlik çəkir. Bunun üçün həm fiziki kondisiya, həm geniş heyət lazımdı. Rotasiyalar etdik ki, bəzi futbolçular dincəlsin. İkinci hissədə oyunu gücləndirmək üçün daha gümrah olsunlar. Effekt verdi, amma bunu qələbəyə çevirə bilmədik. Qarşıda 2 tur qalıb, hazırlaşacağıq və əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR