"Komandamızın oyunundan razı qaldım" - Yunis Hüseynov

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov "Neftçi" ilə yoxlama matçından sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis 3:4 hesabı ilə uduzduqları oyunla bağlı bunları söyləyib: "Yoxlama oyununda hesabın o qədər də böyük əhəmiyyəti yoxdur. Bu gün komandamızın taktiki və fiziki hazırlığına diqqət yetirdik. Səhvlərimizin üzərində çalışacağıq. Lakin deyə bilərəm ki, komandamızın oyunundan razı qaldım. Yeni oyunçularımız tam olaraq hazır olmasalar da, bu gün yaxşı təsir bağışladılar. İnanıram ki, "Sumqayıt"la oyuna qədər tam olaraq hazır olacağıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR