Koronavirus qaydalarını pozan futbolçulara sərt cəza

Koronavirus qaydalarını pozan futbolçulara sərt cəza

Şotlandiya klubu "Reyncers"in iki futbolçusu koronavirus qaydalarını pozduğu üçün sərt şəkildə cəzalandırılıb.

Sport7.az xəbər verir ki, Corc Edmundson və Cordan Cons 7 oyunluq diskvalifikasiya edilib. Bu barədə qərarı Şotlandiya Futbol Assosiasiyası verib. Klub tərəfindən 2 həftəlik cəzalandırılan və polisin cərimələdiyi oyunçulara assosiasiya da güzəştə getməyib.

Buna futbolçuların onlarla birlikdə yaşamayan şəxslərlə özəl görüşə getmələri səbəb olub. Edmundson və Cons yalnız dekabrın 30-da "Sent-Mirren”lə çempionat oyununda meydana çıxa bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR