Kosta Türkiyə Superliqasında

Kosta Türkiyə Superliqasında

"Atletiko”nun sabiq hücumçusu Dieqo Kostanın yeni klubu müəyyənləşib.

Sport7.az xəbər verir ki, 32 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək. Yanvarda "Atletiko” ilə müqaviləsinə xitam verən və həmin vaxtdan klubsuz qalan İspaniya millisinin keçmiş üzvü "Beşiktaş”la danışıqları yekunlaşdırıb. "Palmeyras”, "Boka Xuniors”, "San Paulo”, həmçinin İngiltərə və Səudiyyə Ərəbistanından gələn təkliflərə baxmayaraq, Kosta Türkiyə çempionu ilə müqavilə imzalamağa razılıq verib. Artıq hərtərəfli anlaşma əldə olunub, yaxın günlərdə münasibətlər rəsmiləşəcək.

Hücumçu ötən mövsüm 7 oyun keçirib, 2 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR