Kramarenkonun Azərbaycan millisindəki gələcəyi necə olacaq? – Rəsmi açıqlama

Kramarenkonun Azərbaycan millisindəki gələcəyi necə olacaq? – Rəsmi açıqlama

Rusiyanın ÇSKA komandasının qapıçılarla iş üzrə məşqçi vəzifəsinə Dmitri Kramarenko təyin olunub.

Sport7.az xəbər verir ki, bu barədə ilk açıqlamanı Moskva klubunun rəsmi saytı yaydı. 46 yaşlı mütəxəssis kollektivlə birgə İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.

Orası da məlumdu ki, Kramarenko yeni vəzifədə Sergey Ovçinnikovu əvəzləyib. Ovçinnikov 2020-ci il dekabrın sonlarında digər məşqçi Viktor Onopko ilə birgə "hərbçilər"i tərk edib.

Bu yerdə ortaya maraqlı bir sual çıxır: Kramarenkonun Azərbaycan millisindəki vəzifəsi necə olacaq? Canni De Byazinin başçılıq etdi məşqçilər korpusunda yer alan Dmitri qapıçıların hazırlığına cavabdehdi. 

Rusiya MOİK-inin sabiq baş məşqçisi Valeri QazzayevAzərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun Moskva klubuna keçidi barədə danışarkən bunları qeyd edib: "Dmitri Kramarenkonu əla qapıçı kimi çox yaxşı tanıyıram. Onun atası Sergey Kramarenko da dahi qapıçı olub. "Neftçi"nin heyətində SSRİ çempionatının bürünc medallarını qazanıb. Həmin vaxt Bakıda mükəmməl komanda var idi".

Rusiya Dumasının üzvü olan Qazzayev Kramarenkonun iki yerdə çalışmasında problem görmədiyini də vurğulayıb: "Necə qərar verəcəklər, elə də olacaq. Amma fikrimcə, məsələn, Kramarenko 1 həftəlik millinin düşərgəsinə yollansa, bu, problem olmayacaq. Həmin vaxt MOİK-in futbolçuları da öz yığmalarında olacaqlar. Məncə, həlledilməz problem olmayacaq”.

Bəs məsələ ilə bağlı AFFA-nın mövqeyi necədir? Canni De Byazi Kramarenko ilə birlikdə yola davam edəcəkmi, yoxsa yollar ayrılacaq? 

Bu sualın da cavabını AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan almağa çalışdıq. Firuz bəy Sport7.az-ınsorğusuna cavab olaraq bunları dedi: "Məsələ ilə bağlı Kramarenko özü də mövqeyini bildirib. Məsələ belədi ki, mütəxəssis Azərbaycan millisindəki fəaliyyətini də davam etdirəcək. Özü də bunu vurğulayıb ki, onun üçün əsas prioritet millidəki işi olacaq. Məlum məsələdi ki, millinin oyunları, toplanışı olanda klubların oyunları olmur, fasilə yaranır. Və ya əksinə, çempionatlarda klubların oyunları keçirilən zaman millilərin görüşləri keçirilmir. Bu baxımdan hansısa problem yaranmayacaq”.

Göründüyü kimi, ruslar da, AFFA rəsmiləri də Kramarenkonun iki yerdə çalışmasının əleyhinə deyil. Burdan belə başa düşmək olar ki, millimizin qapıçılar üzrə məşqçisi azı maya qədər hər iki postda çalışacaq.

Sport7.az
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR