Küçədə dalaşan əfsanəvi futbolçu xəsətəxanalıq oldu

Küçədə dalaşan əfsanəvi futbolçu xəsətəxanalıq oldu

"Arsenal”ın və İngiltərə millisinin sabiq futbolçusu Kenni Sensom küçədə dalaşıb və ağır xəsarət alıb.

Sport7.az xəbər verir ki, bu barədə "The Sun” məlumat yayıb.
 
Xəbərə görə, 61 yaşlı veteran sərxoş vəziyyətdə dava-dalaş salıb. Dava zamanı yıxılan Kenninin başı yerə dəyib. O, dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, futboçu karyerasını bitirəndən sonra Kenninin həyatı xoşagəlməz olub. 90-cı illərdə həyat yoldaşından ayrılan sabiq yığma üzvü uzun müddət depressiyadan əziyyət çəkib. Əyyaşlıq etdiyi üçün bir ara yaşamağa yeri də olmayan Sensom dəfələrlə alkoqol aludəçiliyindən qurtulmaq üçün müalicə alıb.

2017-ci ildə isə "Arsenal”ın eks-forvardı Nayl Kuinn sözügedən komanda yoldaşının İrlandiya klinikasında müalicə və bərpa xərcini ödəyib.

Ölkəsinin ən güclü sol cinah müdafiəçilərindən Kenni Sensom İngiltərə yığmasında 86, "Arsenal”da 394 oyun keçirib. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR