ÇL-də həftənin oyunçusu adına namizədlərin adları açıqlandı

ÇL-də həftənin oyunçusu adına namizədlərin adları açıqlandı

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sport7.az xəbər verir ki, "Çelsi"dən Nqolo Kante, Kay Haverts, "Mançester Siti"dən isə Ruben Diasla Riyad Mahrez iddia edir.

Kante evdə "Real"ı 2:0 hesabı ilə məğlub etdikləri oyunda 88 faiz dəqiq ötürmə ilə oynayıb. Haverts həmin matçda məhsuldar ötürmə ilə yadda qalıb. Mahrez Fransa PSJ-in eyni hesabla yendikləri görüşdə hər iki qolun müəllifi olub. Dias isə 92 faiz dəqiq ötürmə verib.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR