La Liqanın başlama tarixi açıqlandı

La Liqanın başlama tarixi açıqlandı

İspaniya La Liqasının başlama tarixi açıqlanıb.
 
Sport7.az xəbər verir ki, La Liqanın idarə heyətinin rəhbəri Xavyer Tebas çempionatın iyunun 12-də bərpa olunacağını bildirib. La Liqa cümə günü "Sevilya" - "Betis" qarşlaşması ilə başlayacaq. Tebas mayın 28-də çempionatın qalan hissəsinin təqviminin klublara təqdim olunacağını deyib.
 
Digər tərəfdən koronavirus protokoluna əsasən, matçlar başa çatdıqdan sonra hansı futbolçunun testləri pozitiv çıxarsa, oyun zamanı onun təmasda olduğu digər oyunçuları müəyyənləşdirmək üçün "Video Təmas Sistemi"ndən istifadə olunacaq.
 
La Liqa martın 8-də, 27-ci turdan sonra təxirə salınmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR