"Legiya" Mahirin transferini rəsmən açıqladı - FOTO

"Legiya” Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin keçidini açıqlayıb.

Sport7.az xəbər verir ki, Varşava klubu sosial şəbəkə vasitəsilə transferi bəyan edib.

Son iki gündə tibbi müayinədən keçdikdən sonra bu gün Polşa çempionu "Qarabağ”ın sabiq forvardının təqdimat mərasimini təşkil edib. "Legiya” Emreli ilə 2024-cü ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb.

Emreli ötən mövsüm Azərbaycan Premyer Liqasında 18 qola imza atıb.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR