Ölən idmançı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölən idmançı ilə bağlı RƏSMİ AÇIQLAMA

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıxova koronavirusdan vəfat edən 1983-cü il təvəllüdlü Ramin Qurbanovla bağlı açıqlama verib.
 
Sport7.az xəbər verir ki, "MediaPost”a danışan S.Sadıxova bildirib ki, mərhum 1983-cü il təvəllüdlü Qurbanov Ramin Bəhruz oğlu Sumqayıt Mərkəzi Xəstəxanasına 17.06.2020-ci ildə 10:30-da koronavirus diaqnozu ilə daxil olub.
 
"Talassemiya daşıyıcısı idi və risk qrupuna daxil olan xəstə sayılırdı. Bir neçə gün xəstəxanada reanimasiyada yatdıqdan sonra, atasının istəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirmək istədik. TƏBİB nümayəndəsi və bizim təşkilatçılığımız ilə Bakıdan mobil təcili yardım təşkil etdik. Reanimatoloqların köməkliyi ilə xəstəni aşağı düşürdük. Bundan sonra vəziyyəti pisləşdi. Dərhal bu bardə atasına məlumat verdik. Bildirdik ki, onu bu vəziyyətdə aparsaq yolda itirəcəyik. Atasının razılığı ilə yenidən reanimasiyaya qaytardıq. Təəssüf ki, xəstə 23.06.2020-ci 15:00-da dünyasını dəyişdi”, - qurum rəsmisi "MediaPost"a açıqlamasında bildirib.
 
Qeyd edək ki, mərhum R.Qurbanov peşəkar boksla məşğul olub. Anası Nazilə Qurbanova oğlunun ölümünə dözməyərək elə dünən ürəktutmadan vəfat edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR