"Lester" türk futbolçu ilə bağlı qərar verib

"Lester” müdafiəçisi Çağlar Söyüncü ilə bağlı qərarını verib.

Sport7.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Türkiyə millisinin üzvü ilə müqavilə müddətini artırmaq niyyətindədir.

25 yaşlı oyunçu bir neçə nəhəng klubun maraq dairəsində olsa da, İngiltərə kubokunun qalibi aparıcı futbolçusunu itirmək istəmir. Bu səbəbdən Premyer Liqa təmsilçisi Çağların 2023-cü ilin yayına qədər olan sözləşmə müddətini daha 2 il uzatmaq üçün onunla danışığa başlayıb.

Söyüncü "Lester”ə 2018-ci ildə "Frayburq”dan keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR