"Liverpul"un 6 futbolçusu rəmzi heyətdə

"Sky Sports" İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı oyunçularından ibarət rəmzi heyəti açıqlayıb.

Sport7.az xəbər verir ki, heyətdə ən çox oyunçu (6) ilə təmsil olunan klub "Liverpul"du. "Lester Siti" və "Şeffild Yunayted"in isə hərəyə iki futbolçusunun adı "11-lik"də yer alıb.

Qapıçı: Den Henderson ("Şeffild Yunayted");
Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Deyk, Endryu Robertson (hamısı "Liverpul"), Cek O'Konnell ("Şeffild Yunayted");
Yarımmüdafiəçilər: Oninye Ndidi ("Lester Siti"), Cordan Henderson ("Liverpul"), Kevin de Bröyne ("Mançester Siti");
Hücumçular: Sadio Mane, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Ceymi Vardi ("Lester Siti").

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR