"Liverpul"un braziliyalısının yubiley matçı

"Liverpul”un hücumçusu Roberto Firmino ölkə çempionatının 25-ci turunun matçında 200-cü dəfə meydana çıxıb.

Sport7.az xəbər verir ki, 29 yaşlı hücumçu Premyer Liqada bu göstəriciyə nail olan beşinci braziliyalı futbolçudur. Belə ki, bu sıralamada birinci yeri 252 oyunla Villian tutur. Sonrakı pillələrdə Lukas Leyva (247), Fernandinyo (235) və David Luis (207) qərarlaşıblar.

Həmin matçda "Liverpul” komandası "Everton”a 0:2 hesabı ilə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR