"Liverpul"un futbolçusu Avropa çempionatından kənarda qala bilər

"Liverpul”un kapitanı Cordan Henderson AVRO-2020-də İngiltərə yığmasının heyətində yer almaya bilər.

Sport7.az xəbər verir ki, bunu "qırmızılar”ın baş məşqçisi Yurgen Klopp deyib. Almaniyalı mütəxəssis bildirib ki, iki ay yarımdır yaşıl meydanlardan uzaq qalan 30 yaşlı yarımmüdafiəçinin sağalma prosesi ləng gedir. Klopp orta sahə oyunçusunun hələ bir neçə həftə sonra məşqlərə başlaya biləcəyini söyləyib. Bu da böyük ehtimalla Hendersonun Avropa çempionatını buraxmasına səbəb olacaq.

Henderson sonuncu dəfə fevralın 20-də "Everton”la matçda iştirak edib. O, cari mövsüm bütün turnirlərdə 28 oyun keçirib.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR