"Liverpul"un qapıçısının atası göldə boğuldu

"Liverpul”un qapıçısı Alisson Bekerin atası ölüb. 

Sport7.az xəbər verir ki, 57 yaşlı ata Beker faciəvi şəkildə vəfat edib.

Hadisə ata Bekerin Rinkao do İnferno qəsəbəsindəki bağ evinin yaxınlığındakı göldə baş verib. Üzmək üçün gölə gedən Joze Bekerdən xəbər ala bilməyən qohumları polisə müraciət edib. Axtarışlar nəticəsində qolkiperin atasının cansız bədəni tapılıb.

Polis hadisədə heç bir şübhəli məqamın olmadığını, mərhumun üzərkən batdığını açıqlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR