Ölkə çempionu ilə yeni müqavilə bağlayır

Ölkə çempionu ilə yeni müqavilə bağlayır

"İnter”in hücumçusu Lautaro Martines uzun müddət Milan təmsilçisində qalacaq.

Sport7.az xəbər verir ki, argentinalı forvard A seriyasının çempionu ilə yeni müqavilə imzalamaq qərarına gəlib. Tərəflər arasında danışıqlar artıq müsbət yekunlaşıb və 23 yaşlı forvard 2023-cü ilin yayına qədər olan müqavilə müddətini daha 1 il uzatmaq təklifini qəbul edib. Məvacibi də yaxşılaşdırılacaq Martinesin sərbəst qalma məbləği isə 111 milyon avro olaraq göstəriləcək.

2018-ci ildən "İnter”in formasını geyinən Lautaro Martinesin ötən il "Barselona”ya keçidi son anda baş tutmamışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR