Luis Enrike İspaniya yığması ilə yeni müqavilə imzalamaq istəyir

Luis Enrike İspaniya yığması ilə yeni müqavilə imzalamaq istəyir

İspaniya millisinin baş məşqçisi Luis Enrike taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssis AVRO-2020-də hətta qrupda qalsalar belə, istefa vermək fikrində olmayacağını açıqlayıb. O, yeni müqavilə barədə də düşündüyünü deyib: "Zarafat edirsiz? Mən istefa yox, yeni müqavilə imzalamağı düşünürəm. İndiki məqsədimiz Slovakiya ilə matçda qələbə qazanmaqdır. Sərəncamımdakı 24 futbolçunun hər biri buna hazırdır”.

Enrike həmçinin İspaniya yığmasını AVRO-2020-nin favoritləri sırasında görmədiyini vurğulayıb.

İlk iki turda 2 xal toplayan İspaniya millisi qrupda son matçını bu gün Slovakiyaya qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR