"Mahir Emreli hazırkı komandasında mövsümün tapıntısı ola bilər" - Veteran futbolçu

Polşa "Legiya"sının sabiq futbolçusu İqor Levçuk yerli mətbuata Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Norveçdə "Bodo Qlimt"ə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundakı çıxışı barədə fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, veteran müdafiəçi 24 yaşlı forvardın komandaya əla uyğunlaşdırın bildirib: "Mahir Emreli hazırkı komandasında mövsümün tapıntısı ola bilər. İlk rəsmi qarşılaşmada, xüsusən, səfərdə bu cür oyun göstərib 2 qol vurmaq asan iş deyil. Düşünürəm ki, onun "Legiya"ya çox faydası dəyəcək".

Mahir Emreli "Bodo Qlimt" ilə görüşün 41 və 61-ci dəqiqələrində fərqlənərək, komandasına 3:2 hesablı qələbə qazandırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR