Mahir

Mahir "Legiya"da rəsmi debüt edəcək

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu "Legiya” bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində ilk oyuna çıxacaq.

Sport7.az xəbər verir ki, Varşava təmsilçisi Norveçdə "Bude Qlimt”in qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq. Əgər Emreli meydana çıxarsa, bu, futbolçumuzun "Legiya”da rəsmi debütü olacaq. Polşa mətbuatı güman edir ki, 24 yaşlı hücumçu bu gün start heyətdə yer alacaq.

Mahir "Legiya”da keçirdiyi yoxlama oyunlarında ümumilikdə 6 qola imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR