Mahir

Mahir "Legiya"da rəsmi matçda dubla imza atdı

Millimizin üzvü Mahir Emreli "Legiya"dakı ilk rəsmi matçında dubla imza atıb. 
 
Sport7.az xəbər verir ki, hazırda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Norveç təmsilçisi "Bodo Qlimt"in qonağı olan polşalıların ikinci və üçüncü qolunu məhz Mahir rəqib qapısından keçirib. Futbolçumuz matçın 41 və 61-ci dəqiqələrində fərqlənib.
 
Hazırda davam edən matçda "Legiya" 3:1 hesabı ilə öndədir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR