Mahir Şükürov toplanışa erkən qatılacaq

Mahir Şükürov toplanışa erkən qatılacaq

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, "Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışı keçirilir.  

Sport7.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Toplanışa dəvət olunmuş futbolçulardan Mahir Şükürovun hazırlığa əvvəlcə noyabrın 10-da qatılacağı bildirilsə də, futbolçu sabahdan etibarən təlim-məşq toplanışında iştirak edəcək.

Qeyd edək ki, "Qarabağ” klubunun oyunçuları toplanışa noyabrın 7-də, Cavid İmamverdiyev, Dmitri Nazarov, Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-da qatılacaqlar.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR