Makqreqor yenidən Həbiblə qarşılaşa bilər

Makqreqor yenidən Həbiblə qarşılaşa bilər

Konor Makqreqorun növbəti rəqibi Həbib Nurməhəmmədov ola bilər.

Sport7.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
 
Xəbərə görə, Makqreqor Həbib Nurməhəmmədov - Castin Qetji döyüşünün qalibi ilə qarşılaşmaq ehtimalı yaranıb.

Nurməhəmmədov UFC 249-da Toni Ferqyusonla döyüşməli idi. Lakin rus idmançı koronavirus pandemiyası səbəbindən imtina qərarı almış, onu Castin Qetji əvəzləmişdi. Qetji yekunda Ferqyusona texniki nokautla qalib gəlmişdi. Amerikalının sentyabr ayında Həbib Nurməhəmmədovla titul döyüşünə çıxacağı gözlənilir.

Həbib 2018-ci ilin oktyabrında Makqreqoru məğlub edib. İrland döyüşçünün revanş istəyi hələlik baş tutmayıb.

Makqreqor karyerası ərzində yarım-yüngül, yüngül və yarım-orta çəki dərəcələrində mübarizə aparıb. O, sonuncu döyüşünü yarım-orta çəkidə Donald Serroneyə qarşı keçirmiş və qələbə qazanmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR