"Mançester Siti" 18 yaşlı futbolçunu transfer etdi

"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.

Sport7.az xəbər verir ki, "şəhərlilər" Argentina "Estudiantes"inin yarımmüdafiəçisi Dario Sarmyentonu transfer edib. Bu barədə İtaliya mətbuatında yazılıb. 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq. İstedadlı oyunçu yeni komandasına bu ilin iyununda qoşulacaq.

Mançester təmsilçisi argentinalı futbolçu üçün 5 milyon avro təzminat ödəyib. Daha 12 milyon avro bonus kimi qarşı tərəfə veriləcək. Həmçinin "Estudiantes" Sarmyentonun növbəti satışından ümumi məbləğin 20 faizi qədər pul alacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR