"Mançester Siti"dən 17 yaşlı futbolçuya 12 milyon avro

"Mançester Siti” heyətinə yeni futbolçu qatmaq niyyətindədi.

Sport7.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Braziliya "Fluminense”sinin hücumçusu Kayka ilə müqavilə imzalayacaq. 17 yaşlı forvardın keçidi ilə bağlı iki klub arasında razılıq əldə olunub. Mançesterlilər onun üçün 12 milyon avro ödəməyə hazırdı.

Hücumçu ilə 5 illik anlaşma imzalanacaq. Müqavilə futbolçunun 18 yaşlı olacağı 2022-ci ildən qüvvəyə minəcək.

Kayka cari mövsümdə meydana çıxdığı 9 oyunda 2 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR