"Mançester Yunayted" xərçəngdən sağalan futbolçu ilə müqavilə bağladı

"Mançester Yunayted" xərçəngdən sağalan Maks Teylorla yeni müqavilə bağlayıb.
 
Sport7.az xəbər verir ki, ağır müalicədən sonra 2019-cu ilin sentyabrında komandaya qayıdan 20 yaşlı futbolçu ilə müqavilənin müddəti qarşıdakı 1 ili əhatə edəcək. 
 
Teylor xərçənglə mübarizəsi haqda danışıb. Futbolçu BBC-yə açıqlamasında ölümə yaxın olduğu dönəmlərini bu cür anladıb: "Bu həqiqət idi. Anam və bacılarımla bir-birimizə baxdıq, "Həkim həqiqətən xərçəng olduğumu, məhz bunu dedi?" sualını verdik. Xəstəxanada xərçəng hüceyrələrinin alınması lazım idi. Anam dərhal hönkür-hönkür ağlamağa başladı. Mən isə o qədər təəccüblənmişdim ki, ağlaya bilmədim. Klinikadan çıxdım və "Aman tanrım" dedim. "Xərçəng" kəlməsini zehninizdə eşidirsiz. Zehim saatda 150 kilometr sürətlə "fırlanırdı". "Nə olacaqY Nöbədə nə var? Yenidən futbol oynaya biləcəyəm? Yaşayacağam?" sözlərini tez-tez təkrarlayırdım. Kimyaterapeya çox zəhərləyici idi. Ən pisi də ilk gecə oldu. Titrəyərək və tərləyərək bir anda oyanırsan, ancaq üşüdüyünü hiss edirsən. Sonra xəstə olmaq mərhələsi başlayır. İlk gecədən etibarən, 9 həftənin çox çətin keçəcəyini anladım".
 
Kimyaterapeya bitdikdən 6 həftə sonra xərçəngin təmizləndiyi xəbərini alan Maks limfalarının şişməsi və şahdamara təzyiq etməsi üzündən daha bir əməliyyat keçirmək məcburiyyətində qalıb. Yalnız 3 aydan sonra özünü yaxşı hiss etməyə başladığını söyləyib.
 
Xəstəliyi məğlub etdikdən sonra 2019-cu ilin sentyabrında "Mançester Yunayted"ə qayıdan Teylor, klubun U-23 komandasında 6 matça çıxıb. Ötən ilin noyabr ayında Avroliqada "Astana"ya qonaq olan "Mançester Yunayted"in ehtiyat oyunçular skamyasında yer alan gənc müdafiəçi 2020-ci ilin yanvarında "Stalbric Seltik"ə icarəyə verilib və koronavirusa qədər 9 görüşdə meydanda olub.
 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR