Mançesterlilər Keyn üçün təklif göndərib

Mançesterlilər Keyn üçün təklif göndərib

"Mançester Siti” Harri Keynin transferində israrlıdı.

Sport7.az xəbər verir ki, Premyer Liqa çempionu "Tottenhem"də forma geyinən 27 yaşlı forvardın keçidi üçün danışıqları intensivləşdirib. İlk rəsmi təklifini də göndərən Mançester klubu İngiltərə millisinin forvardı müqabilində 100 milyon funt-sterlinq (təxminən 117 milyon avro) təklif edib və "Tottenhem”ə bir oyunçusunun qarşı tərəfə yollanma fürsəti verib. Keyn özü ayrılmaq istəyində olsa da, klub rəhbərliyi onu satmaq fikrindən uzaqdır. Forvardla bağlı yekun qərar AVRO-2020-dən sonra veriləcək.

2011-ci ildən "Tottenhem”də çıxış edən Harri Keyn ötən mövsüm Premyer Liqada meydana çıxdığı 35 oyunda 23 qola, 14 məhsuldar ötürməyə imza atıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR