Mbappe ilə Dembele

Mbappe ilə Dembele "Tokio 2020"nin siyahısına salındı

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa millisinin Tokio-2020 Yay Olimpiya Oyunları üçün ilkin iştirak ərizəsinə salınıb.

Sport7.az xəbər verir ki, məşqçilər korpusu siyahıda ümumilikdə 85 oyunçunun adını yazıb.

Bu səbəbdən Mbappenin turnirdə iştirakı real görünmür. 22 yaşlı dünya çempionunun Olimpiadada iştirak edib-etməyəcəyi AVRO-2020-dən sonra müəyyənləşəcək. Onunla yanaşı, Usman Dembele ("Barselona”), Eduardo Kamavinqa ("Renn”), Jül Kunde ("Sevilya”) və Teo Ernandes ("Milan”) kimi futbolçular da Olimpiadaya aparıla bilər.

Mbappe cari mövsüm 43 oyunda 37 qol vurub, 5 məhsuldar ötürmə verib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR