"Məqsədimiz qələbədir" - Qara Qarayev

Sabah Alanyada keçiriləcək Türkiyə -  Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin üzvü Qara Qarayevin fikirlərini səsləndirib. 
 
Sport7.az xəbər verir ki, yarımmüdafiəçi bunları söyləyib: "Burada olmaq bizi sevindirir. Türkiyə ilə görüş bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Nəticədən asılı olmayaraq, sabahkı oyunda məğlub komanda olmayacaq. Arzu edirəm ki, ən yaxşı hazırlıq matçlarından biri olsun. Nəticəsi necə olursa-olsun, itirəcək bir şeyimiz yoxdur. Heyətdə zədəli futbolçumuzun olmaması müsbət haldır. Hər oyunda məqsədimiz qələbədir. Bizi maraqlı oyun gözləyir. Yoldaşlıq görüşləri seçmə mərhələ oyunlarına hazırlıq baxımından önəmlidir".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR