Məşhur boksçu Amerikada öldürülən afroamerikalının dəfn xərclərini ödəyəcək

Məşhur boksçu Amerikada öldürülən afroamerikalının dəfn xərclərini ödəyəcək

Boks üzrə keçmiş dünya çempionu, amerikalı Floyd Meyvezer Minneapolis (Minnesota ştatı) şəhərində polis tərəfindən öldürülən Corc Floydun dəfn xərclərini ödəməyi öz üzərinə götürüb.

Sport7.az xəbər verir ki, bu barədə bazar ertəsi ESPN telekanalına Meyvezerin nümayəndəsi Leonard Ellerbi bildirib. Ellerbi açıqlamasında, "Yəqin ki, bunu dediyimə görə qəzəblənəcək, amma o şübhəsiz ki, dəfn xərclərini ödəyəcək. Floyd 20 ildən çoxdur ki bu işlərlə məşğul olur" sözlərin söyləyib. 
 
Mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb. Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb. 

Bütün bunlara baxmayaraq artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR