Məşhur futbloçu içkiyə öz ləqəbini verdi

Məşhur futbloçu içkiyə öz ləqəbini verdi

Rumıniya millisinin və İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Adrian Mutu öz enerji içkisini istehsala buraxıb.

Sport7.az xəbər verir ki, bu barədə veteran hücumçu şəxsi instaqram səhifəsində paylaşım edib. "Fenomeno" adlanan içki qabının üzərində Mutunun yığmanın formasında şəkli təsvir olunub. Keçmiş forvard "Fenomeno" ləqəbini futbolçu karyerası ərzində qazanıb.

Mutu 2004-cü ildə "Çelsi"də oynayarkən kokaindən istifadə etdiyi üçün futboldan kənarlaşdırılıb. Həmin hadisədən sonra London klubu onunla müqaviləni pozub. 2010-cu ildə dopinq testi müsbət çıxan futbolçu ikinci dəfə diskvalifikasiya olunub. İtaliyada "İnter", "Yuventus" və "Fiorentina" kimi komandaların da formasını geyinmiş Mutu 2016-cı ildə karyerasını başa vurub.
 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR