Məşhur futbolçu Hindistan klubu ilə anlaşdı

Məşhur futbolçu Hindistan klubu ilə anlaşdı

İspaniya millisinin sabiq futbolçusu David Vilya Hindistanın "Odişa" komandası ilə müqavilə bağlayıb.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yerləşdirilib. Veteran hücumçu Qlobal Futbol Əməliyyatları şöbəsinə rəhbərlik edəcək.

"Odişa" Hindistan Superliqasında çıxış edir.

Vilya futbol karyerası ərzində ölkəsində "Valensiya", "Barselona", "Atletiko" (Madrid), həmçinin ABŞ-da "Nyu-York Siti", Avstraliyada "Melburn" və Yaponiyada "Vissel Kobe" klublarının formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR