Məşhur futbolçu karyerasını bərpa etdi - 40 yaşında

Məşhur futbolçu karyerasını bərpa etdi - 40 yaşında

İngiltərə millisinin sabiq futbolçusu Co Koul peşəkar karyerasını bərpa edib.

Sport7.az xəbər verir ki, bu barədə veteran yarımmüdafiəçi şəxsi instaqram səhifəsində məlumat paylaşıb. O, hazırda ölkəsinin səviyyəcə XI divizionunda çıxış edən "Belston"la anlaşdığını yazıb. 40 yaşlı futbolçu yeni komandasında "Herfild Yunayted"ə 2:1 hesabı ilə qalib gəldikləri matçda debüt edb.

Futbola qayıdışı ilə bağlı təəssüratlarını bölüşən Koul yenidən meydana çıxmaq üçün səbirsizləndiyini vurğulayıb.

2018-ci ildə peşəkar karyerasını başa vuran Co Koul İngiltərənin "Çelsi" və "Liverpul" kimi komandalarında çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR