Məşhur idman növü III Avropa Oyunlarının proqramına daxil edildi

Məşhur idman növü III Avropa Oyunlarının proqramına daxil edildi

Muay-tay idman növü 2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daxil edilib.

AZƏRTAC Avropa Olimpiya Komitələrinin (EOC) saytına istinadla xəbər verir ki, min ildən çox tarixi olan bu qədim döyüş sənəti dünyada ən çox məşhurlaşan idman növlərindən biridir. III Avropa Oyunlarında muay-tay yarışları gender bərabərliyi nəzərə alınmaqla təşkil ediləcək. Bu səbəbdən həm kişi, həm də qadın idmançılar 7 çəki dərəcəsində mübarizə aparacaqlar.

III Avropa Oyunları 2023-cü il iyunun 9-dan 25-dək keçiriləcək.

I Avropa Oyunlarına 2015-ci ildə Bakı, II Avropa Oyunlarına isə Minsk ev sahibliyi edib.
 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR