Məşhur pilot avtomobilini satışa çıxardı - 190 min avroya - FOTOLAR

Məşhur pilot avtomobilini satışa çıxardı - 190 min avroya - FOTOLAR

"Formula 1"də çıxış edən "Mercedes" pilotu Valtteri Bottas şəxsi "Mercedes AMG GT" markalı avtomobilini 190 min avroya satışa çıxarıb.

Sport7.az xəbər verir ki, bu barədə finlandiyalı sürücü öz tvitter səhifəsində yazıb. 32 yaşlı idmançı avtomobili Finlandiyada almaq mümkün olduğunu bildirib. Bottas maşınını alıcıya şəxsən təqdim edəcəyini və onunla kartinqdə gün keçirməyə hazır olduğunu vurğulayıb.

2018-ci il istehsalı olan avtomobil 522 at gücünə malik 4 litrlik V8 mühərriki ilə təchiz olunub.

Bottas İspaniya Qran-prisindən sonra ümumi hesabda 47 xalla 3-cü yerdə gedir. Dörd mərhələdən sonra onun komanda yoldaşı Lüis Hemilton 94 xalla xalla 1-ci, "Red Bull" pilotu Maks Ferstappen isə 80 xalla 2-cidir.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR