Məşhur sabiq qapıçı vəzifəsindən qovuldu

Məşhur sabiq qapıçı vəzifəsindən qovuldu

Almaniya millisinin sabiq qapıçısı Yens Lemann "Herta" klubunun Direktorlar Şurasından kənarlaşdırılıb.

Sport7.az verir ki, buna veteran qolkiperin yığmadan keçmiş komanda yoldaşı Dennis Aoqoya irqçi mesaj göndərməsi səbəb olub. Lemann İngiltərənin "Mançester Siti" və Fransanın PSJ klubları arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçı zamanı "Dennis həqiqətən sizin rəmzi qara sevgilinizdir" cümləsini səhvən sabiq müdafiəçiyə göndərib.

Həmin mesajı instaqramda paylaşan Aoqo bu sözləri yazıb: "Sən ciddisən? Yəqin ki, bu sözlər mənim üçün nəzərdə tutulmayıb". Lemann etdiyi hərəkətə görə üzr istəsə də, bu, onun klubda qalmasına kömək etməyib.

1995 - 2008-ci illərdə millinin formasını geyinmiş Yens Lemann İtaliyada "Milan", İngiltərədə "Arsenal" və ölkəsində "Borussiya"nın (Dortmund) formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR