Məşhur yetirməsi

Məşhur yetirməsi "Benfika"nın prezidenti oldu

"Benfika”nın yeni prezidenti müəyyənləşib.

Sport7.az xəbər verir ki, Portuqaliya klubuna bundan sonra ötənlərin məşhur futbolçusu Ruy Koşta rəhbərlik edəcək. O, bu postda vergi fırıldaqçılığı və çirkli pulların yuyulmasında ittiham olunaraq Lissabonda həbs edilən Luiş Filipe Vieyranı əvəzləyib.

"Benfika”nın yetirməsi olan Ruy Koşta 1990-1994 və 2006-2008-ci illərdə bu klubun formasını geyinib. Sabiq yarımmüdafiəçi eyni zamanda "Fiorentina” və "Milan”da da çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR