Messi daha nəhənglərə qol vurmur

Messi daha nəhənglərə qol vurmur

"Barselona”nın kapitanı Lionel Messi cari mövsüm La Liqada "Atletiko” və "Real”la matçlarda fərqlənə bilməyib.

Sport7.az xəbər verir ki, argentinalı superulduz bununla mövsüm ərzində Madrid təmsilçiləri ilə görüşləri qolsuz başa vurub.

Bu isə son 15 ildə ilk dəfə baş verən hadisədir. Leo buna qədər axırıncı dəfə 2005/06 mövsümündə madridlilərlə oyunları boş keçirmişdi. 34 yaşlı oyunçu 28 qolla hazırda La Liqada bombardirlər yarışına başçılıq edir.

Bu mövsüm "Real”a hər iki oyunda uduzan (1:3, 1:2) "Barselona” "Atletiko”ya birinci dövrədə 0:1 hesabı ilə məğlub olduqdan sonra 35-ci turda qolsuz bərabərə qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR