Messidən daha bir uğur

Messidən daha bir uğur

İspaniya Primerasının 30-cu turunda "Valensiya" doğma meydanda "Barselona"nı qəbul edib.

Sport7.az xəbər verir ki, Valensiyadakı "Mestalya” stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə bitib. "Barselona”nın superulduzu Lionel Messi dubl edib, digər qolu isə Antuan Qrizman rəqib qapısından keçirib.

Argentinalı hücumçu qollardan birini cərimə zərbəsindən vurub. Bununla o, karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırıb.

Messi İspaniya çempionatının cari mövsümündə keçirdiyi 32 görüşdə 28 qol vurub və 11 məhsuldar ötürmə edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR