Messidən yeni kubok rekordu

Messidən yeni kubok rekordu

"Barselona" növbəti dəfə ölkə Kubokunun sahibi olub.

Sport7.az xəbər verir ki, Ronald Kumanın komandası finalda "Atletik"i 4:0 hesablı məğlubiyyətə uğradıb. Bu qələbə "Barsa"nın matçda dubla imza atan superulduzu Lionel Messi üçün 35-ci mükafat olub.

Messi 10 dəfə İspaniya çempionatının qalibi olub. Bununla yanaşı o, 8 dəfə İspaniya Superubokunu başı üzərində qaldırıb və 7 dəfə Milli Kubok yarışında qalib olub.

Messi İspaniya kubokunda qolların sayına görə də tarixi rekorda imza atıb. O, 2020/21 mövsümünün finalındakı dublu ilə İspaniya Kubokunun 10 həlledici matçında 9 qol vurub.
 
Beləliklə, argentinalı forvard "Atletik”in futbolçusu Telmo Sarranın rekordunu üstələyib. Sonuncunun aktivində 8 qol olub.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR