Messiyə xatirə hədiyyəsi - Komanda yoldaşlarından - FOTO

Messiyə xatirə hədiyyəsi - Komanda yoldaşlarından - FOTO

"Barselona”nın futbolçuları İspaniya La Liqasının 29-cu turunda baş tutan "Valyadoid”lə matçdan əvvəl komanda yoldaşları, argentinalı hücumçu Lionel Messiyə klubda matçların rekord sayına görə xatirə hədiyyəsi təqdim ediblər.

Sport7.az xəbər verir ki, hədiyyə Messinin 2004/2005-ci illər mövsümündə "Barselona”da ilk dəfə çıxış etdiyi futbolka olub. Futbolkanın üzərində klubun tarixində ən görkəmli oyunçuların avtoqrafları toplanıb.

Lionel əvvəlcə komanda yoldaşları, sonra ailəsi ilə birlikdə futbolka ilə şəkil çəkdirib.

Messi martın 21-də İspaniya Primerasının 28-ci turunun "Real Sosyedad”la matçında Xavinin rekordunu (767 matç) üstələyib. Argentinalı futbolçu komandada matçların sayı üzrə yeganə lider olub — o, bu günə qədər "Barselona"da 769 oyun keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR