Meydan sahibi diktora görə cəzalandı

Meydan sahibi diktora görə cəzalandı

AFFA-nın intizam komitəsinin iclası keçirilib. 
 
Sport7.az xəbər verir ki, iclasın Birinci Divizionun 24-cü turuna həsr olunmuş hissəsində aşağıdakı qərarlar çıxarılıb.
 
01.05.2021-ci ildə I Divizionun XXIV turunun "Sumqayıt-2” – "Zaqatala” oyununda "Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
01.05.2021-ci ildə I Divizionun XXIV turunun "Sumqayıt-2” – "Zaqatala” oyununda matçdan sonra "Sumqayıt-2” klubunun 88 nömrəli futbolçusu Cavid Quliyev "aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur. (maddə 37.1)
 
01.05.2021-ci ildə I Divizionun XXIV turunun "Sumqayıt-2” – "Zaqatala” oyununda matçdan sonra "Zaqatala” klubunun 4 nömrəli futbolçusu Kənan Müslümov "aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur. (maddə 37.1)
 
01.05.2021-ci ildə I Divizionun XXIV turunun "Sumqayıt-2” – "Zaqatala” oyununda matçdan sonra "Zaqatala” klubunun 15 nömrəli futbolçusu Firuddin Mövsümov "aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 320 manat cərimə olunur. (maddə 37.3)
 
01.05.2021-ci ildə I Divizionun XXIV turunun "Sumqayıt-2” – "Zaqatala” oyununda diktor əsasnamə tələblərini yerinə yetirmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. (maddə 88)
 
28.04.2021-ci ildə I Divizionun XIV turunun "Sabah-2” – "Keşlə-2” oyununda oyun öncəsi "Keşlə-2” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur. (maddə 62.1)
 
02.05.2021-ci ildə I Divizionun XXIV turunun "Turan Tovuz” – "Neftçi-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. (maddə 62.2)
 
02.05.2021-ci ildə I Divizionun XXIV turunun "Turan Tovuz” – "Neftçi-2” oyununda "Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
02.05.2021-ci ildə I Divizionun XXIV turunun "Qaradağ Lökbatan”  – "Sabah-2” oyununda "Qaradağ Lökbatan” klubunun 16 nömrəli futbolçusu Cavid Nəcizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
 
02.05.2021-ci ildə I Divizionun XXIV turunun "Qaradağ Lökbatan” – "Sabah-2” oyununda "Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
02.05.2021-ci ildə I Divizionun XXIV turunun "Qaradağ Lökbatan”  – "Sabah-2” oyununda  matç gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur. (maddə 59.4)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR