"Möhkəm ol, Eriksen!" - Azərbaycanlılardan danimarkalı futbolçuya dəstək

Avro-2020-nin Bakıda keçirilən oyunlarının Yerli Əməliyyat Qrupunun əməkdaşları və Avro-2020-nin könüllüləri bu gün Danimarka milli komandasının üzvü Kristien Eriksenə dəstək nümayiş etdiriblər.
 
Sport7.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun qarşısında "STAY STRONG, ERİKSEN! From Baku with love” (Möhkəm ol, Eriksen! Bakıdan sevgilərlə) yazısı olan banner açılıb.

Avro-2020-nin B qrupu çərçivəsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun gedişində Kristien Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunmuşdu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR