"Milan" icarədə oynatdığı futbolçunu birdəfəlik aldı

"Milan” heyətini gücləndirib.
 
Sport7.az xəbər verir ki, İtaliya klubu "Çelsi”nin müdafiəçisi Fikayo Tomorini transfer edib. Bu barədə A seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Ötən mövsümün ikinci dövrəsini icarə əsasında "rossonyerlər”də keçirən 24 yaşlı mərkəz müdafiəçisinin birdəfəlik transfer edildiyi bildirilib. Keçidin detalları barədə məlumat verilməsə də, "Çelsi”nin transferdən 30 milyon avroluq gəlir əldə etdiyi vurğulanıb.
 
Tomori ötən mövsüm 22 oyunda 1 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR