Milan klubu

Milan klubu "Fiorentina"nın müdafiəçisini alır

"Milan" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sport7.az xəbər verir ki, milanlılar "Fiorentina"nın 23 yaşlı müdafiəçisi Nikola Milenkoviçin xidmətində maraqlıdır. Florensiyalıların arxa xətt oyunçusunun icarə əsasında klubunu keçəcəyi gözlənilir. Yanvarda "Milan”a keçməli olan Milenkoviçin ilyarımlıq icarəsi üçün "Milan” 10 milyon avro ödəməlidir.

Anlaşmaya əsasən "Rossonyeri” icarə müddəti bitdikdən sonra futbolçunu almağa borcludur. Həmin vaxt milanlılar 30 milyon avro ödəyəcək.

Nikola cari mövsüm A seriyasında 7 oyun keçirib və 1 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR